Ordu.az erməni KİV-lərinə istinadən sözügedən aksiyadan maraqlı məqamları təqdim edir.
"2 həftənin gənc əsgəri idim, 2-ci taborun pəncərəsindən biri özünü atdı. Ayaqlarını qırmışdı, deyirdilər ki, məhkəməsi olmalıdır və hamını işə saldı".
"İlk dəfə eşitdim bütün bölük söyüşlə necə sıra addımları atır, düşündüm ki, yəqin zabitdir, ancaq bu sadə əsgər idi".
"Bizim bölükdə bir oğlan vardı, postda ilk xidməti zamanı özü özünün çiyninə atəş açmışdı, onu da tutulmasın deyə elə etdilər ki, guya təsadüf olub, ancaq xeyri yoxdur, həbs edildi".
"Karantində Taşirdən olan bir uşaq vardı. Hər həftə hərbi hissədən hoppanaraq yolla evə gedirdi. Onun çavuşunun tutulmaması üçün birdə belə şey etməsin deyə onu razılaşdırdım. Andicmədən sonra apardılar dəlixanaya, geri gəldikdən sonra daha heç kimi incitmirdi".
"Bizim postda yaçeyka (baxış sektoru) düzəltmək üçün mina sahələrindən şpallar gətirirdik. Yeçeykaları görən tabor komandiri xeyli təriflədi, ancaq yayda kərpic çıxarmaq üçün haupvaxtaya göndərirdi".
"Bizim postda bir Spitaklı vardı, sakit uşaq idi. 4 dəfə silahı yoxladıqdan sonra demək olar ki, az qalırdı adam vursun, bəlkə də inadkarcasına edirdi".
"Bizdə bir kəşfiyyatdan, bir də yoxlamadan qorxurdular".
"Bir müqaviləli çavuş vardı, adı Mxi idi. "Opel" almışdı. Deyirdi ki, müqaviləsi qurtaran kimi Rusiyaya gedəcək".
"Bir dəfə türkün Qoqvəli postundan 2 nəfər gəlmişdi, əl edirdilər, məndə əl etdim".
"Bir Qaqo vardı bizim postda, silahı çəkdim üstünə istəyirdim gəbərdim".
"Çotki postunda daha yaxşıdır, nəinki hərbi hissədə, heç olmasa bir mənası vardı".
"Bizim postda bir Taşirdən olan vardı. Silahı PK idi. Bir dəfə postdan Azərbaycan kəndinə doğru atəş açmağa başladı. Qacaraq gəldim, söyüş söydüm. Deyirdi ki, qoy birini qoy vurum məzuniyyət versinlər".
"Bir irəvanlı vardı, adı Burnaçyan idi. Boynuna qoymuşdular ki, çayxananı talan etmisən, borcunu verən kimi tutdular"
Alpər Mövludoğlu
Ordu.az